Damlanın ağlama səbəbi izləyicilərdə qıcıq yaratdı "Bir camaatın dərdinə baxın, bir də..."


Şou-biznes 02 Avq 2021 18:00:00 155 0

Damlanın ağlama səbəbi izləyicilərdə qıcıq yaratdı  "Bir camaatın dərdinə baxın, bir də..."

Müğənni Damla yeni klipi üçün görünüşündə dəyişiklik edib. O, saçlarını kəsdirib və rənglətdirməli olub.

Son.az sherg.az-a istinadən xəbər verir ki, müğənninin prodüseri Şamil İnstaqramda onun videosunu paylaşıb. İfaçı saçlarını qısaltdığı üçün göz yaşlarını saxlaya bilməyib. Damlanın ağladığı görüntüləri sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamayıb.

Bir istifadəçi  "Bir camaatın dərdinə baxın, bir də bunun nəyə görə ağladığına" rəyini yazıb.

Digəri "Bu qədər sevirsə, saçını kəsməsin. Parik qoysun. Bilir ki kəsəcək o stola oturmasın. Niyə ağlayır?" şərhini əlavə edib.