"Təxribatdırmı, diqqətsizlik və ya terrordurmu, bunu təktək araşdırırıq"


Dünya 02 Avq 2021 18:06:00 124 0

"Təxribatdırmı, diqqətsizlik və ya terrordurmu, bunu təktək araşdırırıq"

"Meşə yanğınları ilə əlaqədar 300-ə yaxın şikayət almışıq, amma bunlar təxribatdırmı, diqqətsizlik və ya terrordurmu, bunu tək-tək araşdırırıq".

Son.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir xəbərdarlıq edərək deyib ki, Türkiyənin əleyhinə xüsusilə sosial şəbəkələr vasitəsilə təxribat yaradanlar araşdırılır: "Sosial şəbəkələrdə Amerikadan, Avropadan yüzlərlə yeni hesab açılıb. Millətimizi qorxuya salmaq, əndişə, nifrət yaratmaq üçün təxribatlar törədirlər. Ölkə daxilində də belələri var. Qanunun tələbləri çərçivəsində onlar cəzalandırılacaq".

S.Soylu yanğınlarla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Muğladan 10 min əhalinin təxliyə edildiyini deyib.