Azad edilmiş ərazilərdə ötən ay 630 mina aşkarlanıb


Digərləri 02 Avq 2021 17:36:00 143 0

Azad edilmiş ərazilərdə ötən ay 630 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Son.az-a bildirilib ki, iyulun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 545 piyada əleyhinə mina, 85 tank əleyhinə mina və 625 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 677 hektar ərazi mina və PHS-lardan təmizlənib.