Avropada koronavirusa yoluxanların sayı 60 milyonu ötüb


Dünya 02 Avq 2021 17:18:00 135 0

Avropada koronavirusa yoluxanların sayı 60 milyonu ötüb

Avropa ölkələrində koronavirus pandemiyası başlayandan bu günədək yoluxanların sayı 60 milyon nəfəri ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun fövqəladə hallar üzrə direktoru Dorit Nitsan deyib.

O bildirib ki, bu müddət ərzində koronavirusdan ölənlərin sayı 1,2 milyon nəfərdən çox olub.

Hazırda Avropa ölkələrinin əsas hədəfi prioritet qruplar hesab olunan 60 yaşdan yuxarı şəxslərin, səhiyyə sistemində çalışanların peyvəndlənməsini sürətləndirməkdir.