Baş nazirdən azad edilmiş ərazilər ilə bağlı tapşırıq


Siyasət 02 Avq 2021 16:48:00 77 0

Baş nazirdən azad edilmiş ərazilər ilə bağlı tapşırıq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi zəfər nəticəsində müqəddəs Vətən torpaqlarının azad edilməsi bütün sahələr üzrə yeni situasiya yaratmışdır. Azərbaycan Respublikası Prezidentinın tapşırığı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Son.az-a verilən məlumata görə, komissiyada toplanmış məlumatlara, o cümlədən şahid ifadələrinə əsasən, birinci Qarabağ Müharibəsi zamanı yaşayış məntəqələri işğal edilərkən Ermənistan ordusu və terrorçu-quldur dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları həmin ərazilərdə dəfn edilib.

İşğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkar edilmiş naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış onların müxtəlif zədələr almasına, qarışmasına, məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yarada bilər.

Göstərilənlər və birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar ediləcəyi halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Dövlət Komissiyanın dərhal məlumatlandırılması barədə Azərbaycan Respublikasının Baş Naziri tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.

Kral ailəsinin kürəkəni başqa qadınlarla tətildə  FOTO like
  • 02 Avq 16:44  
Dünya Kral ailəsinin kürəkəni başqa qadınlarla tətildə FOTO

İngiltərənin kral ailəsinin kürəkəni yaxtada başqa qadınlarla görünt

arrow Ətraflı
99 nəfərlik restoranda 150 nəfərlik məclis keçirmək istədilər like
  • 02 Avq 16:38  
Digərləri 99 nəfərlik restoranda 150 nəfərlik məclis keçirmək istədilər

Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki ş

arrow Ətraflı
Bu gün ölkədə 649 nəfər peyvəndləndi like
  • 02 Avq 16:36  
Digərləri Bu gün ölkədə 649 nəfər peyvəndləndi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub.

arrow Ətraflı
Onlar dövlətimizi aciz göstərmək istəyir  Fəxrəddin Altun like
  • 02 Avq 16:32  
Siyasət Onlar dövlətimizi aciz göstərmək istəyir Fəxrəddin Altun

Ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniy

arrow Ətraflı
Yoluxanların sayı azaldı like
  • 02 Avq 16:19  
Digərləri Yoluxanların sayı azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
Ermənistanın yeni müdafiə naziri təyin olundu like
  • 02 Avq 16:14  
Dünya Ermənistanın yeni müdafiə naziri təyin olundu

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini tə

arrow Ətraflı
Azərbaycan vətəndaşı baş redaktoru avtomobillə vurub öldürdü  FOTO like
  • 02 Avq 16:02  
Dünya Azərbaycan vətəndaşı baş redaktoru avtomobillə vurub öldürdü FOTO

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində yerli "Pervaya Sovetskaya&q

arrow Ətraflı
Bərdədə 15 yaşlı qız zorlanıb  DİN məlumat yaydı like
  • 02 Avq 15:56  
Digərləri Bərdədə 15 yaşlı qız zorlanıb DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdədə azyaşlı qızın zorlanması ilə bağlı

arrow Ətraflı
"Çılpaq şəkillərinin əvəzinə ehtiyac siyahısını paylaş" like
  • 02 Avq 15:50  
Şou-biznes "Çılpaq şəkillərinin əvəzinə ehtiyac siyahısını paylaş"

Aktyor Can Yaman ötən gün İtaliyada qaldığı oteldən və çıxdığı g

arrow Ətraflı
Ermənistanda “Delta” və “Britaniya” ştammları aşkarlandı like
  • 02 Avq 15:44  
Dünya Ermənistanda “Delta” və “Britaniya” ştammları aşkarlandı

Ermənistanda koronavirusun "Delta" və "Britaniya" ştammla

arrow Ətraflı
Yanan ərazilərlə bağlı bu addımı atdılar like
  • 02 Avq 15:26  
Şou-biznes Yanan ərazilərlə bağlı bu addımı atdılar

Türkiyənin məşhur simalarından aktrisa Burcu Biricik və müğənni Kenan

arrow Ətraflı
Amaliya Pənahovanın barelyefinin açılışından  FOTO like
  • 02 Avq 15:14  
Digərləri Amaliya Pənahovanın barelyefinin açılışından FOTO

Mərhum Xalq artisti Amaliya Pənahovanın barelyefinin açılışı olub.

arrow Ətraflı
Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı  SƏRƏNCAM like
  • 02 Avq 15:13  
Siyasət Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik-Ağgöl avtomobil yol

arrow Ətraflı