Ermənistanda “Delta” və “Britaniya” ştammları aşkarlandı


Dünya 02 Avq 2021 15:44:00 137 0

Ermənistanda “Delta” və “Britaniya” ştammları aşkarlandı

Ermənistanda koronavirusun "Delta" və "Britaniya" ştammlarına yoluxma halları aşkar olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, COVİD-19 infeksiyası üçün test nümunələrinin molekulyar-genetik tədqiqatı həyata keçirilib. 

"Tədqiqat zamanı araşdırılan 30 nümunədən 4-də "Britaniya", 25-də isə "Delta" ştammı aşkarlanıb", - deyə nazirliyin məlumatında vurğulanıb.