Yanan ərazilərlə bağlı bu addımı atdılar


Şou-biznes 02 Avq 2021 15:26:00 197 0

Yanan ərazilərlə bağlı bu addımı atdılar

Türkiyənin məşhur simalarından aktrisa Burcu Biricik və müğənni Kenan Doğulu yanan ərazilərlə bağlı özlərinə və izləyicilərinə söz verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Burcu Biricik İnstaqram hesabında bununla bağlı paylaşım edərək həmin bölgələrdə tikiləcək hotellərdə qalmayacağını yazıb:

"Özümə söz verirəm -  yanan meşəlik ərazilərdə tikiləcək hər hansı bir hotelə və ya biznes mərkəzinə ayağımı qoymayacağam. Bundan əvvəlkilərə də atmadığım kimi. İçindəki bu yanğını, ciyərinin necə yandığını unutma! Balıq beyinli olub 2 gün sonra o hotelləri pula qərq etmə".

Kenan Doğulu isə paylaşımında həmin ərazilərdə konsert verməyəcəyini bildirib.

"Bu günə qədər təbiətdə baş verən yanğın sonrası inşa edildiyini bildiyim hər hansı bir yerdə səhnə almaqla bağlı təklifləri qəti şəkildə rədd etdiyim kimi, bundan sonra da bu yanan ərazilərin üstündəki obyektlərdə mahnı oxumayacağıma söz verirəm".