Məşhur aktyor yanğın ərazisində


Şou-biznes 02 Avq 2021 11:32:00 188 0

Məşhur aktyor yanğın ərazisində

"Çukur" serialında canlandırdığı "Emrah" obrazı ilə məşhurlaşan aktyor Alperen Duymaz Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qatılıb.

Milli.az axşam.az-a istinadən xəbər verir ki, sosial media hesabında paylaşım edən aktyorun Fəthiyə bölgəsində olduğu görünüb. Yanğınların söndürülməsi prosesində tankerlərdə suyun bitməsindən narazı olduğunu ifadə edən Alperenin ünvanına çox sayda dəstək mesajları gəlib.

Qeyd edək ki, Alperen Duymaz sonuncu dəfə "Son yaz" adlı serialda rol alıb.