Beyonsun klipi bütün zamanların ən yaxşı musiqili videosu seçildi


Şou-biznes 02 Avq 2021 10:52:00 159 0

Beyonsun klipi bütün zamanların ən yaxşı musiqili videosu seçildi

"Rolling stone" jurnalı "Bütün zamanların 100 ən yaxşı musiqili videosu"nun reytinqini tərtib edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, siyahıda birinci yeri Beyonsun "Formation" mahnısının klipi tutub. O, maykl Ceksonun "Billie Jean", Prinsin "Kiss" və Ledi Qaqanın "Bad Romance" mahnılarının videoversiyalarını geridə qoyub.

Sözügedən klip 2016-cı ildə rejissor Melina Matsukas tərəfindən çəkilib.

Siyahıda ifaçısının daha iki klipi yer alır. "Single Ladies" 12-ci, "Telephone" klipi isə 66-cı sırada qərarlaşıb.