Bakı sakini dava zamanı bıçaqlanıb
Kriminal 02 Avq 2021 07:22:00 166 0
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Son.az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Novruzov Novruz Rafiq oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Ona ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Mənbə: milli.az