ABŞ neft tankerinə hücuma görə İranı hədələdi


Dünya 01 Avq 2021 23:55:00 157 0

ABŞ neft tankerinə hücuma görə İranı hədələdi

"ABŞ əmindir ki, "Mercer Street" tankerinə hücumun arxasında İran dayanır".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib. Onun sözlərinə görə, əldə edilən informasiya iki nəfərin ölümünə səbəb olan hücumu İranın planlaşdırdığını deməyə əsas verir. Vaşinqton əmindir ki, hücum partlayıcı qurğular ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarından istifadə edərək təşkil olunub.

Blinken buna cavab olaraq yaxın vaxtlarda adekvat cavab veriləcəyini deyib.

Qeyd edək ki, Yaponiyanın "Mercer Street" tankeri Hind okeanında hücuma məruz qalıb. Nəticədə Britaniya və Rumıniya vətəndaşı olan 2 heyət üzvü həlak olub.