Ərdoğan TürkiyəGürcüstanAzərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində canlandırmaq istəyini ifadə edib


Siyasət 01 Avq 2021 23:29:00 179 0

Ərdoğan TürkiyəGürcüstanAzərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində canlandırmaq istəyini ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı İ.Qaribaşvili Gürcüstan hökuməti və xalqı adından Türkiyədə baş verən yanğınlar nəticəsində insan tələfatı və dağıntılarla əlaqədar T.Ərdoğana bir daha başsağlığı verib. Türkiyə Prezidenti öz növbəsində İrakli Qaribaşviliyə təşəkkürünü bildirib.

Belə günlərdə Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da önəmli olduğunu ifadə edən T.Ərdoğan, Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüklərini qeyd edib.

Xüsusilə regional nəqliyyat və elektrik xətlərinin səmərəliliyi və təhlükəsizliyi baxımından birgə tədbirlərin əhəmiyyətini vurğulayan T.Ərdoğan, nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq istəyini ifadə edib.