Diabeti vaxtında necə aşkarlayaq? Həkimdən İZAH


Digərləri 01 Avq 2021 23:45:00 180 0

Diabeti vaxtında necə aşkarlayaq?  Həkimdən İZAH

Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil. Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu endokrinoloq Şəbnəm Əlirzayeva bildirib. Onun bu barədə fikirlərini təqdim edirik:

Şəkərli diabet - orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Bu xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, erkən mərhələdə özünü göstərmir, orqanizmdə gizli gedir. Onu adətən qanın və sidiyin ümumi analizində müəyyən edirlər.

Prediabet bu sağlam bədən və diabet arasında bir sərhəddir. Prediabet aşkarlanan insanlar 2-ci tip şəkərli diabet riski altındadır. Bu prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Elmi-tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil.

Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet, 1-ci və 2-ci tip şəkərli diabetin diaqnozu kliniki simptomların, xəstə haqqında toplanmış anamnezin (məs., ailədə diabetə meyillik, hamiləlik zamanı qlikemiyanın pozulması) və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində "Diabetik profilli" laborator analizin əhəmiyyəti böyükdür. Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.