Biləsuvarda iki yük maşını toqquşub, ölən və xəsarət alanlar var


Digərləri 01 Avq 2021 23:15:00 137 0

Biləsuvarda iki yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Biləsuvarda yük avtomobilləri toqquşub, sürücülərdən biri ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib

Salyan rayon sakini Yasər Ağahüseyn oğlu Qafarovun idarə etdiyi "KamAZ" və "MAN" markalı yük avtomobilləri toqquşub, ikincinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Toqquşma nəticəsində aşan "KamAZ"-ın sürücüsü ilə birgə sərnişinləri - Gülağa Əliyev və Böyükağa Miriyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.