Ərəb koalisiyası husilərin PUAsını məhv edib


Dünya 30 İyl 2021 23:25:00 177 0

Ərəb koalisiyası husilərin PUAsını məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "Ənsar Allah" Yəmən hərəkatının (husilər) minalanmış pilotsuz uçuş aparatını məhv edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın bəyanatında deyilir.

Məlumata əsasən, PUA Səudiyyə Ərbistanına məxsus ticarət gəmisi istiqamətində buraxılıbmış: "Husilərin Səudiyyə Ərəbistanının ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum cəhdinin qarşısı alınıb. Babül-Məndəb boğazı istiqamətində gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün bütün lazımi tədbirlər görülür".