Bakı sakini küçədə bıçaqlanıb


Kriminal 30 İyl 2021 07:14:00 210 0

Bakı sakini küçədə bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991 təvəllüdlü Aslanov Asif Ağaəmioğlu küçədə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Suraxanı polis idarəsində araşdırma aparılır.