Ann Linde: ErmənistanAzərbaycan sərhədindəki gərginlik narahatlığa səbəb olur


Siyasət 30 İyl 2021 07:05:00 176 0

Ann Linde: ErmənistanAzərbaycan sərhədindəki gərginlik narahatlığa səbəb olur

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər narahatlığa səbəb olur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde özünün "Twitter" səhifəsində yazıb.

Ann Linde tərəfləri son humanitar addımları inkişaf etdirməyə və ötən ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatı yerinə yetirməyə çağırıb.