Sumqayıtda yol qəzasında bir nəfər dünyasını dəyişib


Digərləri 28 İyl 2021 07:05:00 128 0

Sumqayıtda yol qəzasında bir nəfər dünyasını dəyişib

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin, 1972-ci il təvəllüdlü Hüseynov Anar Heydər oğlu aldığı xəsarətlərdən ölüb.

Məlumata görə, 49 yaşlı kişi Xaçmazdan toydan qayıdırmış. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.