İsraildə 511 yaşlı uşaqların xüsusi hallarda peyvənd olunmasına icazə verilib


Dünya 28 İyl 2021 07:10:00 124 0

İsraildə 511 yaşlı uşaqların xüsusi hallarda peyvənd olunmasına icazə verilib

İsrailin Səhiyyə Nazirliyi poliklinika və xəstəxanalara 5-11 yaşlı uşaqların xüsusi hallarda koronavirusa qarşı peyvənd edilməsinə icazə verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, 5-11 yaşlı uşaqları yalnız koronavirusun ağır formasının inkişafı və yeni ştammlara yoluxma zamanı ölüm riskinin olduğu hallarda peyvən etmək olar:

"Yüksək risk qrupuna aid olan uşaqların peyvənd olunmasının tövsiyəsi ilə kifayətlənmək nəzərdə tutulur".