Burcunun gənc qalma sirri: “10da yatıb, 5də oyanıram” FOTO


Şou-biznes 28 İyl 2021 04:04:00 141 0

Burcunun gənc qalma sirri: “10da yatıb, 5də oyanıram”  FOTO

Hər zaman gözəl bədən quruluşu ilə seçilən Türkiyənin məşhur aparıcısı, model və aktrisa Burcu Esmersoy tətilini necə keçirməsi barədə danışıb.

Son.az axsam.az-a istinadən xəbər verir ki, Türkiyənin Kanal D televiziya kanalına açıqlama verən B.Esmersoy hazırda Bodrumda istirahətdə olduğunu, yuxusuna, idmanına, qidalanmasına diqqət etdiyini bildirib.

"Axşam saat səkkizdə mobil telefonumu söndürürəm. Saat 22:00-a qədər artıq yuxuya gedirəm. Səhər saat beşdə oyanıram. İdman edirəm, nizamlı həyat keçirirəm", - deyə məşhur aparıcı vurğulayıb.

Burcu Esmersoy ağ çörək yemədiyini, ancaq simiti çox bəyəndiyini söyləyib:

"Simit dəlisiyəm. Bazar gününü özümə hədiyyə edirəm. Simit, kərə yağı, cem... Səhər yeməyində səkkiz simit yeyirəm".