“Samsung” yeni cihazlarının təqdim edəcəyi vaxtı açıqlayıb
Digərləri 27 İyl 2021 23:55:00 138 0
"Samsung" şirkəti ən yeni elektronikasının təqdim olunduğu ənənəvi "Samsung Unpacked"ın rəsmi tarixini açıqlayıb.
Bu il tədbir 11 avqust tarixində baş tutacaq. İştirakçılara göndərilən dəvətnamənin mətni "Galaxy Z Fold 3" və "Galaxy Z Flip 3" qatlanan smartfonlarının göstəriləcəyinə işarə edir.
Eyni zamanda şirkətin "Galaxy Watch 4" smart saatları təqdim edəcəyi gözlənilir.
Yeni cihazların qiyməti barədə məlumat verilmir.
Mənbə: milli.az