Türkiyədə son sutkada koronavirusdan 5 585 nəfər sağalıb


Dünya 26 İyl 2021 23:55:00 136 0

Türkiyədə son sutkada koronavirusdan 5 585 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 63 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 224 198 nəfər test edilib, 16 809 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 585 nəfər sağalıb.