ABŞdan Tacikistana 1,5 milyon doza vaksin göndərilib


Dünya 26 İyl 2021 23:45:00 219 0

ABŞdan Tacikistana 1,5 milyon doza vaksin göndərilib

Bu gün Amerika Birləşmiş Ştatlarından Tacikistana humanitar yardım kimi koronavirus əleyhinə 1,5 milyon doza "Moderna" vaksini göndərilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Düşənbə Beynəlxalq hava limanında vaksini bu ölkənin Baş nazirinin müavini Matlubaxon Sattoriyen və UNİCEF-in Tacikistandakı nümayəndəsi Usama Makak qəbul ediblər.

Nazirliyin məlumatında bildirilir ki, bu vaksinlərlə ölkə əhalisinin 750 min nəfəri peyvənd olunacaq.

Bu il ölkə əhalisinin 18 yaşdan yuxarı olan 62 faizinin, yəni 5,8 milyon adamın peyvənd edilməsi nəzərdə tutulur.