Öd kisəsinin işləmədiyini göstərən əlamətlər


Digərləri 26 İyl 2021 23:20:00 138 0

Öd kisəsinin işləmədiyini göstərən əlamətlər

Öd kisəsi bəzən zəhər torbası da adlandırılır. Qaraciyərin altında, az qala bitişik yerləşib, öd turşusu anbarı rolunu oynayır, bütün həzm prosesində iştirak edir.

Orqan qaraciyərdən gələn öd şirəsini yığır və öz axacaqları vasitəsilə bağırsağa ötürür və orda həzm baş verir.

Öd kisəsi və yollarının xəstəlikləri, problemi bütünlükdə orqanizm üçün fəsadlar yaradır. Öd ağrı verən orqandır. Ona görə onun çətində olduğunu bilmək asandır.

Son.az öd kisənizin artıq tükəndiyini və təhlükədə olduğunu göstərən 6 siqnalı təqdim edir.

1. Sağ qabırğa altından qarına yayılan sancı, ağrı

Əsasən səhərlər, insan ac olanda və qida qəbulundan sonra bu ağrı başlayır. Ağrı kifayət qədər intensivdir və çiyinə, qola, belə yayıla bilər.

Ağrı əsasən öd kisəsi iltihabında, daşması zamanı, eləcə də daş olanda hiss olunur. Daş hərəkət etdikcə ağrı artır. Öd yolu çox nazir, ensizdir. Ora daşın düşməsi isə olduqca təhlükəli və tutma şəkilli ağrı verir.

2. Mütəmadi ürəkbulanma, ağır yeməkdən sonra qusma