Yapon mühəndislər ilk dəfə səs vasitəsilə əşyaları havaya qaldırmağa nail olublar


Dünya 26 İyl 2021 23:15:00 101 0

Yapon mühəndislər ilk dəfə səs vasitəsilə əşyaları havaya qaldırmağa nail olublar

Yaponiyanın Tokio Universitetinin tədqiqatçı mühəndisləri ilk dəfə səs vasitəsilə əşyaları havaya qaldırmağa nail olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Japanese Journal of Applied Physics" nəşri məlumat yayıb. Bildirilir ki, əşyalara toxunmadan onları hərəkətə gətirmək bir çox sahələr, məsələn biotibbi mühəndislik üçün mühüm əhəmiyyətə malikdir. Hazırda bu lazer pinsetlər vasitəsilə edilir. Yəni lazerin yaratdığı təzyiq obyektin yerini dəyişməyə imkan verir. Lakin bu üsul yalnız həddindən artıq kisik əşyalara tətbiq edilə bilir.

Mühəndislərin rəyinə görə, akustik pinset bu məsələdə daha səmərəli rol oynaya bilər. Onların qənaətincə, bu üsulla daha böyük əşyaları millimetr dəqiqliyi ilə hərəkət etdirmək mümkündür.

Məsələ orasındadır ki, akustik pinseti hərəkət etdirmək üçün səs tələsi lazımdır və ümumiyyətlə səs dalğalarını real zaman çərçivəsində idarə etmək çox çətindir. Lakin layihənin müəllifləri yarımdairə şəkilli akustik qəfəs yaradaraq, onun vasitəsilə 3 millimetr diametrində dairəni səthdən ayırmağa nail olublar.

Alimlər bildiriblər ki, ultrasəs dəyişdiricilərdən istifadə edərək onu bloklara ayırıblar. Bu zaman geri qaytarma filtri səslərin akustik dalğalar şəklində istifadəsinə şərait yaradıb. Belə yanaşma lazım olan hər akustik sahənin əmələ gəlməsi üçün lazımi fazaya və amplitudaya təsir göstərmək imkanı verib.