Sonsuzluğa qarşı 2 manatlıq ÇARƏ


Digərləri 26 İyl 2021 22:40:00 112 0

Sonsuzluğa qarşı 2 manatlıq ÇARƏ

Küncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.

Son.az xəbər verir ki, qədimdən küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.

Küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.

Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.

Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.

Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qripp və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.

Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri danılmazdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Bu məqsədlə 1 x.q. küncütü qatığa əlavə edin, qarışdırın, yarım saat saxlayın və sonra bu qarışığı qəbul edin.