Qocalmanı ləngidən UNİKAL MEYVƏ


Digərləri 26 İyl 2021 22:25:00 207 0

Qocalmanı ləngidən UNİKAL MEYVƏ

Diyetoloqlar 50 yaşdan sonra yaşlanmanı yavaşladan qidaları açıqlayıb.

Son.az xəbər verir ki, onların fikrincə, avokado gündəlik pəhriz üçün faydalı olacaq. Bildirilib ki, avokado iltihabla mübarizə aparan bol yağ mənbəyidir, eyni zamanda dərini daha hamar və parlaq etmək xüsusiyyətlərinə sahibdir. Bundan əlavə, meyvə bədənin ölü dəri hüceyrələrindən qurtulmasına kömək edə biləcək A vitamini ilə zəngindir.

Yüksək səviyyədə Omeqa-3 yağ turşuları ilə zəngin bəzi balıq növləri də yaşlanma prosesini dayandırmağa kömək edəcək.

A və C vitaminləri ilə zəngin olan çiyələk dəri zədələnməsinə və qocalmasına səbəb olan iltihabı azalda bilər. Çiyələk, böyürtkən və moruq antioksidant və bioaktiv birləşmələrlə zəngindir.