Yevlaxda avtoqəza zamanı sürücünün qolu üzülüb


Digərləri 26 İyl 2021 22:15:00 123 0

Yevlaxda avtoqəza zamanı sürücünün qolu üzülüb

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Gülövşə kəndi istiqamətindən keçən magistral yolda baş verib.

Hadisə zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü ağır xəsarət alıb, onun bir qolu üzülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.