Siqaret kötüklərini toplamaq üçün avtomobil yaradıldı


Digərləri 26 İyl 2021 19:56:00 155 0

Siqaret kötüklərini toplamaq üçün avtomobil yaradıldı

Hər il dünya miqyasında 14,5 trilyon siqaret köpüyü atılır. "Beach Bot "un yaradılma məqsədi bu kötüklərin toplanılmasıdır. Amma layihə uğurludurmu? O, bir az sual doğurur.

Son.az avtosfer.az-a istinadən bildirir ki "Beach Bot"un yaradıcısı olan Edwin Bose bir gün çimərlikdə dörd yaşlı uşağının əlində siqaret kötüyü görür və buna bir əncam çəkmək qərarına gəlir. Onun yaratdığı "Beach Bot" robotu quma baxa bilir və hətta basdırılmış siqaret kötüklərini də tapa bilir. Daha sonra robot onları saç darağı şəklindəki bir cüt əl ilə torpaqdan götürüb öz zibilqabısına doldurur. 

Qeyd edək ki, siqaret kötüklərinin çürüməsi 14 il çəkir. Buna görə onları hər yerdə tapa bilərsiniz. Bundan əlavə, siqaret kötükləri olduqca zəhərlidir və təhlükəli tullantılar kimi tanınırlar. 

"Beach Bot" 30 dəqiqə ərzində cəmi 10 siqaret kötüyü təmizləyə bilir. Lakin robotun batareyası yalnız bir saat davam gətirə bilir. Layihəni uğursuz edən də elə məhz budur.