Prezidentin köməkçisi həftəsonu ictimai nəqliyyat qadağasından danışdı


Digərləri 26 İyl 2021 15:36:00 129 0

Prezidentin köməkçisi həftəsonu ictimai nəqliyyat qadağasından danışdı

İctimai nəqliyyatın şənbə və ya bazar günü işləməsi məsələsi hələlik müzakirə olunmur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov jurnalistlərə deyib.

O qeyd edib ki, infeksiyanın tempinin artmasının bir çox səbəbləri var və ən böyük səbəblərdən biri insanların aktivliyidir: "Nəzər yetirsəniz, görərsiniz ki, şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi səbəbindən aktivlik aşağı düşür".