Koronavirusdan qardaşını itirən müğənninin ürəkləri parçalayan halı FOTO


Şou-biznes 26 İyl 2021 15:20:00 106 0

Koronavirusdan qardaşını itirən müğənninin ürəkləri parçalayan halı  FOTO

Koronavirus səbəbindən qardaşını itirən müğənni Alişan son durumu ilə ürək parçalayıb.

Son.az haberler.com-a istinadən xəbər verir ki, hər gün qardaşının məzarına gedib namaz qılan Alişan o gündən bəri qardaşını tək qoymayıb. Müğənni Alişanın qardaşı və meneceri 41 yaşlı Selçuk Tektaş bu yaxınlarda müalicə aldığı xəstəxanada ölüb.

"Mənim indi 4 uşağım var" instaqram hesabında qardaşının şəklini paylaşan Alişan, "qardaşım, bizi yetim qoymusan, mənim qardaşım, sevincim, dostum, sirdaşım, hər şeyim idin. İndi sənsiz nə edəcəm? İndi 4 övladım var. Rahat yatarsan - Eyşan, Ceylan, Merve mənə əmanətdir. Səni çox sevirəm qardaşım. Yaşadığım müddətdə məni qürurlandırdığın üçün hər anına görə təşəkkür edirəm. Mənəviyyatını daima yaşadacağam Səlçuqum. Səni çox sevirəm, Allah yerini cənnət etsin inşallah."