Salyanda motosiklet avtomobillə toqquşub, sürücü ölüb


Digərləri 26 İyl 2021 08:08:00 161 0

Salyanda motosiklet avtomobillə toqquşub, sürücü ölüb

Sayanda baş yol-nəqliyyat hadisəsində motosiklet sürücüsü ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralında qeydə alınıb. "VAZ-2107" markalı avtomobil motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.