Parisdən cənuba gedən sürət qatarlarının hərəkəti dayandırılıb


Dünya 26 İyl 2021 07:55:00 131 0

Parisdən cənuba gedən sürət qatarlarının hərəkəti dayandırılıb

Parisdən cənubda yerləşən Masi şəhərinin yaxınlığında baş verən torpaq çökməsi dəmir yolu xəttinin zədələnməsinə və yüksək sürət qatarlarının (TGV) hərəkatının dayandırılmasına səbəb olub.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İl-de-Frans bölgəsinin xilasetmə xidməti "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 70-ə yaxın ekspress sürət gatarlarının reysi təxirə salınıb.