Bakıda yol kənarında açıq ərazidə yanğın olub


Digərləri 26 İyl 2021 07:45:00 148 0

Bakıda yol kənarında açıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında açıq ərazidə təqribən 1 ha sahədə məişət və plastik tullantıları yanıb.

Əlavə məlumat veriləcək.​