Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub


Digərləri 26 İyl 2021 07:19:00 122 0

Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;