Gəncədə 66 yaşlı kişi bıçaqlanıb


Digərləri 25 İyl 2021 23:54:00 142 0

Gəncədə 66 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü şəhər sakini Arif Vəliyev bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, avtomobili sürətlə sürdüyü üçün tanımadığı şəxs tərəfindən bıçaqlanıb.