Bakıda 14 il sonra həbsdən çıxan keçmiş məhbus


Digərləri 25 İyl 2021 22:24:00 155 0

Bakıda 14 il sonra həbsdən çıxan keçmiş məhbus

Xəbər verdiyimiz kimi, Bakıda 14 il həbsdə olan şəxs azadlığa çıxdığı gün itkin düşmüşdü.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonunda, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında skamyada yatarkən aşkarlanıb.

O bildirib ki, 14 il əvvəl qayınatası Qədir Abbasovu qətlə yetirib, buna görə həbsdən çıxdıqdan sonra kəndə qayıtmağa üzü olmayıb və parklarda gecələmək qərarına gəlib.

E.Əmrahov ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ağcabədi rayon sakini İntizam Əmrahov 102 xidmətinə müraciət edərək bildirib ki, əmisi, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov iyulun 15-də Xəzər rayonunda yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra itkin düşüb.