"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"


Şou-biznes 25 İyl 2021 20:58:00 174 0

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar""Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdum. Yaxşı ki o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" proqramında deyib. Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb:

"19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü.