Fransada 71 etirazçı saxlanılıb


Dünya 25 İyl 2021 20:40:00 246 0

Fransada 71 etirazçı saxlanılıb

Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyan yeni məhdudiyyətlərə qarşı ötən gün keçirilən etiraz aksiyasının 71 iştirakçısı saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yalnız Parisdə 24 etirazçı saxlanılıb, onlardan 21 nəfəri həbs edilib.

Bildirilir ki, etiraz aksiyası zamanı 27 polis və 2 jandarma əməkdaşı xəsarət alıb, etirazçılar arasında xəsarət alan olmayıb.