Mingəçevirdə yaşayış binasında yanğın olub


Digərləri 25 İyl 2021 20:43:00 172 0

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə 20 yanvar küçəsi 21 saylı binanın beşinci mərtəbəsində yerləşən 35 saylı mənzildə baş verib.

Bir otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün iki yanğınsöndürmə briqadası cəlb olunub, yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.