Ancelina hakimi işdən qovdurdu


Şou-biznes 25 İyl 2021 15:50:00 140 0

Ancelina hakimi işdən qovdurdu

Aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı övladlarının qəyyumluğuna dair açdığı davada qərar çıxaran hakimi işdən kənarlaşdırmağa nail olub.

Son.az axşam.az-a istinadən bildirir ki, Kaliforniya məhkəməsi ortaq qəyyumluqla bağlı qərar qəbul edən hakim Con Uderkirkin işdən çıxarılması ilə bağlı Colinin apellyasiya şikayətini təmin edib.

Uderkirkin Pittin vəkilləri ilə münasibətdə olduğu və bunu gizlətdiyi üçün qəbul edilən qərarın qərəzli olduğu hesab olunub. Uderkirklə bağlı qərar onun vəzifəsindən deyil, qəyyumluqla əlaqəli işdən uzaqlaşdırılması deməkdir.

Qeyd edək ki, bu qərar Coli və Pittin 17 yaşlı Pax, 16 yaşlı Zaxar, 15 yaşlı Şaya və 13 yaşlı əkizlər Vivin və Noks üzərindəki qəyyumluq məsələsinin yenidən başlanacağı anlamına gəlir.