"Bəy pulun hamısın şadlıq evinə verir, dərd bürüyür ki..."


Şou-biznes 25 İyl 2021 15:24:00 151 0

"Bəy pulun hamısın şadlıq evinə verir, dərd bürüyür ki..."

Müğənni Niyam Salami şadlıq evlərindəki yemək sayının azaldılmalı olduğunu deyib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə müğənni "Salami şou"da danışıb. O, toydan sonra ailə quran cütlüklərin çətinlik çəkidiyini deyib:

"Toyda az yemək vermək lazımdır. Dörd cür məzə, 3 növ isti yemək olmalıdır. Toya pul salan insanlar bəyə təməli üçün kömək edirlər. Məclisin sonunda pulların hamısın sayıb verirsən şadlıq evinə və deyirsən ki, "Çox sağ ol. Mən getdim acından ölməyə. Bəy gəlin əl-ələ tutur gedir, dərd bürüyür onu ki, sabah saçımın pulunu necə verəcəm. Çox ayıbdır. Əl tutmaq budur".