Baydendən əfqan qaçqınlarla bağlı qərar


Dünya 25 İyl 2021 11:24:00 177 0

Baydendən əfqan qaçqınlarla bağlı qərar

ABŞ prezidenti Co Bayden Əfqanıstan qaçqınlarına nəzərdə tutulmuş "gözlənilməz xərclər" üçün 100 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

ABŞ xüsusi immiqrasiya vizaları üçün müraciət edən bir neçə min əfqanıstanlının təxliyəsinə başlamağı planlaşdırır. Bu qaçqınların əksəriyyəti 2001-ci ildən bəri ABŞ hökuməti üçün tərcüməçi işləməsi və ya başqa işlər görməsinə görə "Taliban" yaraqlıları tərəfindən təhdid olunur.

Təxliyə olunanların və onların ailələrinin ilk partiyası bu ayın sonunadək ABŞ-ın Virciniya ştatındakı Fort-Li hərbi bazasında mümkün olacaq, burada onlar viza müraciətlərinin son mərhələsini gözləyəcəklər.