Türkiyə iki şəhid verdi


Dünya 25 İyl 2021 09:54:00 148 0

Türkiyə iki şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum olub.

Son.az APA-ya istinadən bildirir ki, terror aktında Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Hələb əyaləti yaxınlığında baş vermiş terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.