Hamiləliyin 35ci həftəsində nələr baş verir?


Digərləri 25 İyl 2021 02:03:00 151 0

Hamiləliyin 35ci həftəsində nələr baş verir?

Artıq bir həftədən sonra uşaq tam müddətini bitirmiş kimi hesab edilə bilər. Hamiləliyin 35-ci həftəsində uşağın boyu 46 sm, çəkisi isə 2300-2700 qram olur. İndi onun başının ölçüsü 85,9mm, döş və qarın bölgəsinin diametri isə 89,1mm və 92,4 mm olur.

İndi uşaq dərialtı piy toxumanın hesabına daha yaxşı görünür, amma onun dərisinin bəzi bükükləri yaxma ilə örtülmüş olur. Büküklər əsasən boyunda, oynaq büküklərində və aralıq nahiyələrdə olur. Bu dövrdə uşağın bütün orqanları formalaşmışdır. İndi onun dabanları da formalaşmış və saçları bir az da uzanmışdır.

Hamiləliyin 35-ci həftəsində uşağın orqanizmində ilk nəsəf alıb-verməsi üçün yetərincə surfaktan toplanmışdır.

Bu həftədə uşağın bağırsağında ilk nəcisi çıxmağa hazır vəziyyətə gəlmiş olur. Sağlam hamiləlik olduqda və sağlam uşaq dünyaya gəldikdə ilk nəcis doğuşdan bir-neçə saat sonra xaric olunur. Hamiləlik zamanı isə nəcisin uşaq tərəfindən udulması uşağın orqanizmi üçün çox təhlükəli hesab edilir. Bu zaman uşaqda oksigen çatışmazlığı ilə bərabər sağlamlıq problemləri də meydana çıxır. Hamiləliyin son həftələri böyrəküstü vəzilər srtesin qarşısını almaq üçün hormonlar ifraz edir. Hamiləliyin 35-ci həftəsində uşaqlıq kiçik çanağa düşür və uşağın başı çıxışa hazır vəziyyətdə durur. Bu həftə uşaq istədiyi kimi hərəkət edə bilmir, uşağın ölçüsü böyüdükcə uşaqlıq sıxılır və gərginlik hissi duyulur.