Türkiyədə son sutkada koronavirusdan 5 383 nəfər sağalıb


Dünya 24 İyl 2021 23:11:00 135 0

Türkiyədə son sutkada koronavirusdan 5 383 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 59 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 221 463 nəfər test edilib, 12,381 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 383 nəfər sağalıb.