Xərçəng yalnız bu orqanda yaranmır


Digərləri 24 İyl 2021 23:15:00 180 0

Xərçəng yalnız bu orqanda yaranmır

Xərçəngə səbəb olan şişlər, normal olmayan hüceyrələrin nəzarətsiz şəkildə bölünərək çoxalması ilə yaranır.

İnsan bədəninin bütün orqanlarında baş verən bu hüceyrə bölünməsi, yalnız ürəkdə meydana gəlməz.

Son.az saglamolun.az-a istinadən bildirir ki, dünyada çox amma çox az rast gəlinən ürək xərçənginə səbəb olan hüceyrə bölünməsi, sadəcə doğuşdan gələn ürək anormallıqlarından irəli gəlir.

Nadir hallarda olsa da, ana bətnində inkişaf etməkdə olan hüceyrələr, şiş əmələ gəlməsinə səbəb ola bilər.

Ürəyimizin böyük hissəsini əzələ hüceyrələri tutur. Bu hüceyrələr bədən böyüklüyünə görə genişlənir, ancaq bölünmür.

Ürək hüceyrələrinin bölünməməsi, ürək xərçəngi olma riskini aradan qaldırsa da, digər bir nöqsana səbəbiyyət verir.