“Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur


Siyasət 24 İyl 2021 21:42:00 105 0

“Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 iyul 2021-ci il tarixli açıqlamasına dair şərh verib.

Son.az bildirir ki, şərhdə deyilir:

Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə yaxşıdır. Lakin bu müsahibələri sadəcə oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır.

Birincisi, bəli, bizim dədə-babalarımız Zəngəzurda yaşayıb, bu tarixi faktdır. Burada, eləcə də müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız, etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır. Azərbaycanın Ermənistan ərazilərini "işğal etməsi" ilə bağlı cəfəng iddiaya gəldikdə isə, Prezident İlham Əliyevin sözügedən müsahibəsində aydın şəkildə qeyd etdiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq, sərhədlərimizdə möhkəmlənirik. Post müharibə dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan, onilliklər ərzində işğalçı ölkə kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən bir ölkə kimi, bundan sonra da beynəlxalq hüquq normalarından danışmadan öncə düşünməlidir.

İkinci, Ermənistan XİN-ə xatırladırıq, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1991-ci ilin noyabrında qanuni şəkildə ləğv edilib. AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazi Azərbaycanın tərkib hissəsidir və burada yaşayan ermənilər də, azərbaycanlılarla birgə bizim vətəndaşlarımız kimi yaşaya bilərlər.

Üçüncü, "Dağlıq Qarabağın statusu" məsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, "Dağlıq Qarabağ" olmadığı kimi "status" məsələsi də yoxdur.

Növbəti, Azərbaycanı "humanitar vəziyyəti pisləşdirməkdə" ittiham edən Ermənistana xatırladırıq ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan ərazisindən humanitar yükün daşınmasına şərait yaradıb. Beynəlxalq humanitar təşkilatlarla bölgəyə missiyanın göndərilməsinə dair tərəfimizdən əldə olunan razılığa, məhz Ermənistan əngəl törətməyə çalışır. Bu isə onu göstərir ki, Ermənistan "humanitar vəziyyət" adı altında öz siyasi oyunlarını davam etdirir.

Nəhayət, sonuncu, qanunsuz güc tətbiqinin bölgədə sülh və təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib. Azərbaycan isə BMT Nizamnaməsinə uyğun olaraq və beynəlxalq humanitar hüquqa riayət etməklə ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib və hazırda bölgədə sülh və tərəqqinin təmin olunmasına çalışır".

Mahindra Wrangler modelinə bənzəyən ofrouderi xarici bazarlara çıxarmaqdan imtina edib  FOTO like
  • 24 İyl 21:30  
Digərləri Mahindra Wrangler modelinə bənzəyən ofrouderi xarici bazarlara çıxarmaqdan imtina edib FOTO

Bir müddət bundan əvvəl, Hindistanın Mahindra & Mahindra şirkəti xarici b

arrow Ətraflı
İran şəhərləri qaynayır: "su qiyamı" davam edir  FOTO like
  • 24 İyl 21:23  
Dünya İran şəhərləri qaynayır: "su qiyamı" davam edir FOTO

İranın Xuzistan vilayətindən başlayan "su qiyamı" artıq ölkən

arrow Ətraflı
Deltaya görə bütün karantin qadağaları like
  • 24 İyl 21:15  
Digərləri Deltaya görə bütün karantin qadağaları

Koronavirusun "Delta" ştammının sürətlə yayılması dövlətlər

arrow Ətraflı
Porsche xüsusi 911 sportkarını hazırlayıb  FOTO like
  • 24 İyl 21:01  
Digərləri Porsche xüsusi 911 sportkarını hazırlayıb FOTO

Porsche şirkəti Aimé Leon Dore (ALD) amerikan moda markası ilə birlikdə Ny

arrow Ətraflı
Kimlərə yayda isti çay içmək olmaz? like
  • 24 İyl 20:45  
Digərləri Kimlərə yayda isti çay içmək olmaz?

Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi xüsusiyyətl

arrow Ətraflı
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb like
  • 24 İyl 20:34  
Digərləri Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 286 vaksin vurulu

arrow Ətraflı
Azərbaycanda bu günün koronavirus like
  • 24 İyl 20:33  
Digərləri Azərbaycanda bu günün koronavirus

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yolu

arrow Ətraflı
Yeni Toyota Land Cruiser 300 modelinin interyer şəkilləri peyda olub  FOTO like
  • 24 İyl 20:30  
Digərləri Yeni Toyota Land Cruiser 300 modelinin interyer şəkilləri peyda olub FOTO

Toyota şikətinin susmasından istifadə edən casuslar yapon markasının mət

arrow Ətraflı
Səməd Səmədovun ölüm səbəbi açıqlandı like
  • 24 İyl 20:27  
Digərləri Səməd Səmədovun ölüm səbəbi açıqlandı

"74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında "

arrow Ətraflı
Delta virusu bu şəxslərə daha çox like
  • 24 İyl 20:15  
Digərləri Delta virusu bu şəxslərə daha çox

"Delta" ştamı peyvənd olunmayanlara daha çox təsir edəcək. Bu s

arrow Ətraflı
Azərbaycanlı professor dünyanın ən məhsuldar like
  • 24 İyl 20:08  
Dünya Azərbaycanlı professor dünyanın ən məhsuldar

Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru

arrow Ətraflı
Çində daşqınlarda ölənlərin sayı 58ə yüksəlib like
  • 24 İyl 20:07  
Dünya Çində daşqınlarda ölənlərin sayı 58ə yüksəlib

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

arrow Ətraflı
Porsche Taycan modelinin iki yeni versiyasını hazırlayır like
  • 24 İyl 20:01  
Digərləri Porsche Taycan modelinin iki yeni versiyasını hazırlayır

Hal-hazırda Porsche markasının tarixindəki ilk elektrokarı olan Taycan mode

arrow Ətraflı
Xalq artistinin oğlu xərçəngə tutuldu: like
  • 24 İyl 19:45  
Digərləri Xalq artistinin oğlu xərçəngə tutuldu:

Mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov böyrək çatı

arrow Ətraflı
Bakıda "patı" çəkən avtobus sürücüsü like
  • 24 İyl 19:38  
Digərləri Bakıda "patı" çəkən avtobus sürücüsü

Bakıda 142 saylı xətt avtobusunu idarə edərkən narkotik vasitədən istifa

arrow Ətraflı