Çində daşqınlarda ölənlərin sayı 58ə yüksəlib


Dünya 24 İyl 2021 20:07:00 197 0

Çində daşqınlarda ölənlərin sayı 58ə yüksəlib

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanlarından bildiriblər.

Məlumata əsasən, daşqınlarda ölənlərin sayı 58 nəfərə çatıb.

Təbii fəlakət nəticəsəində 9,3 milyon sakin ziyan çəkib, 1,1 milyon nəfər təhlükəsiz rayonlara təxliyə olunub. İqtisadi ziyan indiyədək 2,15 milyard təşkil edib.