Sakit okeanda güclü zəlzələ olub


Dünya 24 İyl 2021 18:32:00 135 0

Sakit okeanda güclü zəlzələ olub

Sakit okeanın Kermadek arxipelaqı bölgəsində zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, zələzələ 6,1 maqnitudasında olub.

Məlumata əsasən, yeraltı təkanların episentri 105 min əhalisi olan Tauranq şəhərindən 1070 km şimal-şərqdə yerləşib, ocağı 11 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.